20 
İyn
2022
12:00
53
28
827
Virtual karabakh

Azərbaycan millilərinin də iştirak edəcəyi Ümumdünya Şahmat Olimpiadasının məşəl estafeti başlandı - VİDEO

20 İyn, 2022
12:00
827

Azərbaycan millilərinin də iştirak edəcəyi Ümumdünya Şahmat Olimpiadasının məşəl estafeti başlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç və Hindistanın baş naziri Narendra Modi Hindistanın Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasının məşəl estafetini başladıb.

Təntənəli mərasimdə Dvorkoviç məşəli Moddiyə, o da öz növbəsində şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Ananda təhvil verib.

Qeyd edək ki, 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan milli komandalarının heyəti də iştirak edəcək.

Azərbaycan Şahmat Federasiyasından Oxu.Az-a verilən məlumata görə, kişi şahmatçılarından ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli cəlb olunublar. Nicat Abasov kapitan, Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaqlar.

Qadın şahmatçılardan ibarət yığmaya Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva dəvət olunublar. Nicat Məmmədov kapitan, Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimov isə məşqçi kimi milli komandaya kömək edəcəklər.

Qeyd edək ki, Hindistan ilk dəfə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edir. Məşəl estafeti 40 gün ərzində 75 şəhərdən keçəcək. Şəhərlərin sayı təsadüfən seçilməyib - bu il Hindistan müstəqilliyinin 75-ci ildönümünü qeyd edir.

İyulun 28-də start götürəcək Olimpiada avqustun 10-da yekunlaşacaq.

Mənbə: NDTV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri