Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ümumdünya Şahmat Olimpiadasında çıxış edəcək Azərbaycan millilərinin heyətləri bilindi - ADLAR
Azərbaycan Şahmat Federasiyası 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyətini açıqlayıb.
Oxu.Az-a verilən məlumata görə, kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli cəlb olunublar. Nicat Abasov kapitan, Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaqlar.
Qadın şahmatçılardan ibarət yığmaya Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva dəvət olunublar. Nicat Məmmədov kapitan, Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimov isə məşqçi kimi milli komandaya kömək edəcəklər.
Qeyd edək ki, 44-cü Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennay şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək Olimpiada avqustun 10-da yekunlaşacaq.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda tələbə imtahana gecikməmək üçün çantası ilə birlikdə uçdu
- Hindistan USAID və Soros Fondunu ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi
- Hindistanda vağzalda izdiham zamanı 18 nəfər ölüb
- Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı üçtərəfli danışıqların keçiriləcəyini elan etdi
- ABŞ Hindistan ilə "Javelin" və "Stryker"lərin birgə istehsalına başlayacaq