22 
Noy
2022
12:34
84
8
3529
Virtual karabakh

“Qırmızı şeytanlar”ın Qətər macərası: FIFA “sevgi”ni onlara qadağan etdi - FOTO

22 Noy, 2022
12:34
3529

“Qırmızı şeytanlar”ın Qətər macərası: FIFA “sevgi”ni onlara qadağan etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Federasiyası (FIFA) Belçika millisini 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün səfər formasının dizaynını dəyişməyə məcbur edib.

Buna səbəb Belçika Futbol Federasiyası tərəfindən yaradılan Belçika səfər formasında ortaq dəyərləri simvolizə etmək üçün göy qurşağı rəngləri və “sevgi” (“love”) yazısı olub.

Mənbənin məlumatına görə, FIFA “qırmızı şeytanlar” kimi tanınan Belçika yığmasının köynəklərindən bu sözün çıxarılmasını tələb edib. Qərar onların dünya çempionatının qrup mərhələsinin ilk turunda Kanada ilə keçirəcəkləri oyundan iki gün əvvəl verilib.

İddia olunur ki, Beynəlxalq Futbol Federasiyası bu məsələni Belçika Kral Futbol Assosiasiyası ilə müzakirə etməkdən qəti şəkildə imtina edib.

“Sevgi” sözü yox olmalıdır. Kədərlidir, amma FIFA bizə seçim qoymur. Formanın qalan hissəsi dəyişməz olaraq qalır”, - deyə Belçika Futbol Assosiasiyasının baş direktoru bildirib.

Qeyd olunur ki, bu yazının daha əvvəl bəzi komandaların kapitanlarının LGBT dəstəyi əlaməti olaraq taxdıqları, ancaq 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında qadağan edilən “One Love” qol sarğısı ilə heç bir əlaqəsi yoxdur.

Belçika bundan sonra yeni formanın təcili istehsalı və Qətərə göndərilməsi üçün “Adidas”la danışıqlar aparmağa məcburdur.

Onu da bildirək ki, Belçika F qrupunda Xorvatiya, Mərakeş və Kanada ilə mübarizə aparacaq.

Xatırladaq ki, Belçika yığması 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.

Mənbə: ESPN

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri