27 
Noy
2022
09:35
216
15
5742
Virtual karabakh

DÇ-2022: Almaniya “ölüm-qalım” matçında İspaniyaya qarşı – AFİŞA

27 Noy, 2022
09:35
5742

DÇ-2022: Almaniya “ölüm-qalım” matçında İspaniyaya qarşı – AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II turun daha dörd oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olacaq.

Bu qrupun digər görüşündə isə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Bundestimin turnirdə yoluna davam etmək şansları böyük ölçüdə bu oyundan asılıdır.

F qrupunda isə Belçika Mərakeşi, Xorvatiya Kanadanı sınağa çəkəcək.

DÇ-2022
Qrup mərhələsi, II tur
27 noyabr

E qrupu
14:00. Yaponiya - Kosta Rika

Baş hakim: Maykl Oliver (İngiltərə)
“Əhməd İbn Əli” stadionu

23:00. İspaniya – Almaniya
Baş hakim: Denni Makkelli (Niderland)
“Əl Bayt” stadionu

Xal durumu: İspaniya - 3, Yaponiya - 3, Almaniya - 0, Kosta Rika - 0

F qrupu
17:00. Belçika - Mərakeş

Baş hakim: Sesar Arturo Ramos (Meksika)
“Al Tumama” stadionu

20:00. Xorvatiya – Kanada
Baş hakim: Andres Matonte (Uruqvay)
“Xəlifə” stadionu

Xal durumu: Belçika – 3, Xorvatiya – 1, Mərakeş – 1, Kanada – 0

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri