20 
Mar
2023
14:00
164
17
1500
Virtual karabakh

Azərbaycan Ermənistandakı Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib

20 Mar, 2023
14:00
1500

Azərbaycan Ermənistandakı Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatı üçün beş ağırlıqqaldıran sifariş edib.

AAAF-in Mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev “Report”a bildirib ki, heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılova (49 kq) yer alıb.

Federasiya rəsmisi deyib ki, bu, ilkin siyahıdır və yarışa həmin idmançılardan kimlərin qatılacağı dəqiq deyil.

Qeyd edək ki, yarış aprelin 15-dən 23-dək keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri