27 
May
2023
15:52
116
21
837
Virtual karabakh

Qurban Qurbanov: “Ötən il ilk oyundan pley-off mərhələsinə qədər güclü rəqiblər düşdü”

27 May, 2023
15:52
837

Qurban Qurbanov: “Ötən il ilk oyundan pley-off mərhələsinə qədər güclü rəqiblər düşdü”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamidu Keyta ilə anlaşmışdıq. Siyahımızda var idi. Amma demək olmaz ki, onu uzun müddət izləmişik”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionunun çalışdırıcısı Çempionlar Liqasında gözləntilərindən bəhs edib. O, heyəti bir neçə futbolçu ilə gücləndirmək istədiklərini deyib:

“Çox ciddi turnirdir. Ötən il ilk oyundan pley-off mərhələsinə qədər güclü rəqiblər düşdü. Çox da maraqlı oyunlarımız oldu. Bu il də Çempionlar Liqasına ciddi hazırlaşmağa məcburuq. Desəm ki, tam düşündüyümüz kimi heyət formalaşdırmışıq, yalan olar. Amma istərdik ki, bir neçə oyunçu dəvət edək. Hər bir halda, əlimizdə olan futbolçulara güvənmişik. Minimum bu futbolçuların performansını yaxşılaşdırmağa çalışmışıq. Onları turnirə tam hazır etməyə çalışırıq. İşlərimiz, planlarımız odur ki, bir neçə yeni oyunçu gətirək. Futbolçularımızın sayının çox olmasına çalışırıq ki, keyfiyyətimiz də daha yuxarı olsun. Əgər düşündüyümüz, danışıq apardığımız futbolçular alınarsa, mütləq heyəti gücləndirmək istəyirik”.

Q.Qurbanov yay hazırlıq planının bəlli olduğunu əlavə edib:

“İyunun 10-dan Bakıda yığışacağıq və 22-də Avstriyaya səfər gözlənilir. Oradakı proqram bizdə tam hazırdır. Oyunların günləri də bəllidir. Sadəcə, rəqiblər dəqiqləşməyib. Onlar da tam bəlli olandan sonra ətraflı məlumat veriləcək”.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri