Apr
2024
22:28
335
24
6416
Virtual karabakh

Beş milyona “Krasnodar”a keçən oyunçu “Qarabağ”a qayıtmaq istəyir

8 Apr, 2024
22:28
6416

Beş milyona “Krasnodar”a keçən oyunçu “Qarabağ”a qayıtmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Krasnodar”ın vingeri Kadi Yuri Borges yayda “Qarabağ”a qayıda bilər.

Pressing.az xəbər verir ki, 27 yaşlı futbolçu komandanın baş məşqçisi Murad Musayevə ayrılmaq istəyi ilə bağlı xahiş edib. O, agentinə “Qarabağ”a qayıtması üçün danışıqlara başlamasını tapşırıb.

“Qarabağ”ın Kadini transfer etmək üçün böyük büdcəsi olmasa da, braziliyalını icarəyə götürməyə müsbət yanaşa bilər. Rusiyada axtardığı xoşbəxtliyi tapmayan Kadi keçidin tezliklə həll olunmasını istəyir və yayda ağdamlılara qoşulmağı arzulayır.

Xatırladaq ki, “Krasnodar” Kadini 2023-cü ilin yanvarında beş milyon avro qarşılığında transfer etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri