Daha bir ulduz futbolçu karyerasını MLS-də (“Major League Soccer” - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) davam etdirəcək.
Məlumata görə, mövsümün sonunda PSJ-dən ayrılacağı dəqiqləşən Keylor Navas “İnter Mayami” klubu ilə danışıqlara başlayıb.
Kostarikalı qolkiper bu mövsüm PSJ forması ilə cəmi beş oyunda meydana çıxıb.
Qeyd edək ki, daha öncə Olivye Jiru ABŞ-nin “Los-Anceles Qalaksi” klubuna transfer olunub.
Mənbə: Goal.com
Rəylər