Apr
2024
11:12
63
5
2943
Virtual karabakh

Çempionlar Liqası: Son çempion turnirin ən titullu komandasına qarşı

9 Apr, 2024
11:12
2943

Çempionlar Liqası: Son çempion turnirin ən titullu komandasına qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə gələcəklər. “Kral klubu” ÇL-in ən titullu komandasıdırsa, “şəhərlilər” son çempiondur.

Digər qarşılaşma Londonda baş tutacaq, “Arsenal” “Bavariya”nı qəbul edəcək. Almaniya klubu favorit sayılsa da, son vaxtlar yaxşı formada olmaması Premyer Liqanın liderini qələbəyə ümidləndirib.

Mərhələnin “Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund) və PSJ (Fransa) - “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.

Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

9 aprel

23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Fransois Letexye (Fransa).

Madrid, “Santyaqo Bernabeu” stadionu.

23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)

Baş hakim: Qlenn Nuberq (İsveç).

London, “Emirates” stadionu.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri