Apr
2024
19:40
10
193
1893
Virtual karabakh

Argentinada qadın futbolçunu övladlarının gözü qarşısında boğub öldürdülər

9 Apr, 2024
19:40
1893

Argentinada qadın futbolçunu övladlarının gözü qarşısında boğub öldürdülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinalı futbolçu Florensiya Qinyasu Las-Kanas şəhərindəki mənzilində boğularaq qətlə yetirilib.

Məlumata görə, 30 yaşlı idmançını əri öldürüb, daha sonra isə intihar edib.

Bu zaman mənzildə cütlüyün iki övladı - yeddi yaşlı oğlan və beş yaşlı qız olub.

Cəsədlərin qonşu tərəfindən aşkar edildiyi qeyd edilir. O, mənzilin qapısında bir nəfərin qoyub getdiyi lövhəni görüb və orada “Polisə zəng edin, uşaqlar təkdir” yazılıb.

Bildirilir ki, ötən ilin noyabrında futbolçu ərini zorakılıqda ittiham edib.

Qinyasu “Atletiko Argentino” komandasında çıxış edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri