10 
Apr
2024
08:32
129
24
1493
Virtual karabakh

Ukraynada beş klubun futbolçuları səfərbərlikdən azad edildilər

10 Apr, 2024
08:32
1493

Ukraynada beş klubun futbolçuları səfərbərlikdən azad edildilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dinamo” (Kiyev), “Şaxtyor” (Donetsk), “Dnepr-1”, “Obolon” ​​və “Krivbass”ın futbolçuları və heyəti səfərbərlikdən azad edilib.

Bu barədə Ukrayna Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayılıb.

Hazırda “Şaxtyor” (birinci yer, 21 oyundan 49 xal), “Krivbas” (ikinci yer, 23 oyundan 47 xal), “Dinamo” (üçüncü yer, 21 oyundan 45 xal) və “Dnepr-1” (4-cü yer, 21 oyundan 43 xal) Ukrayna futbol çempionatında ilk dörd yeri tutur.

“Obolon” isə 22 görüşdən sonra 18 xal toplayaraq 14-cü yerdədir. Bu komanda Ukrayna Premyer Liqasında qalmaq hüququ üçün pley-off zonasında yer alıb.

Qeyd edək ki, Ukraynada cari futbol mövsümü 28 iyul 2023-cü ildən 25 may 2024-cü ilə qədər davam edir.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri