10 
Apr
2024
09:50
52
28
1751
Virtual karabakh

Çempionlar Liqası: Bu gün “Atletiko” ev, “Barselona” səfər oyununa çıxacaq - AFİŞA

10 Apr, 2024
09:50
1751

Çempionlar Liqası: Bu gün “Atletiko” ev, “Barselona” səfər oyununa çıxacaq - AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün daha iki oyun keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, günün qarşılaşmaları Madrid və Parisdə baş tutacaq.

“Atletiko” doğma arenada Dortmund “Borussiya”sını qəbul edəcək. Digər görüşdə “Barselona” PSJ-nin qonağı olacaq.

Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, dünən baş tutan mərhələnin ilk iki oyununda “Real Madrid” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

10 aprel

23:00. “Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Marko Quida (İtaliya)

Madrid, “Metropolitano” stadionu

23:00. PSJ (Fransa) - “Barselona” (İspaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Paris, “Park De Prens” stadionu

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri