15 
Apr
2024
08:10
29
40
1434
Virtual karabakh

İddiaçılar Turniri: Nicat Abasov Karuana ilə bərabərə qalıb

15 Apr, 2024
08:10
1434

İddiaçılar Turniri: Nicat Abasov Karuana ilə bərabərə qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçirilir.

“Report” xəbər verir ki, kişilərin yarışında 9-cu turda azərbaycanlı qrosmeyster Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə bərabərə qalıb.

Abasov bundan öncə Yan Nepomnyaşi (iki dəfə), Hikaru Nakamura (ABŞ), Əlirza Firuzca (Fransa) və Vidit Santoşla (Hindistan) heç-heçə edib, Fabiano Karuana (ABŞ), Qukeş Dommaraj (Hindistan), Rameşbabu Praqnandaya (Hindistan) yenilib.

Turnirdəki vəziyyət: Nepomnyaşi, Qukeş - hərəyə 5,5 xal, Praqnananda - 5 xal, Nakamura, Karuana, Vidit Santoş - 4 xal, Firuzca - 3,5 xal, Abasov - 3 xal.

Turnir iki dairədə keçirilir. Qalib dünya çempionu Dinq Lirenlə (Çin) şahmat tacı uğrunda oynayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri