15 
Apr
2024
23:04
127
46
1796
Virtual karabakh

“Qalatasaray” azlıqda qalan rəqibinə aman vermədi - VİDEO

15 Apr, 2024
23:04
1796

“Qalatasaray” azlıqda qalan rəqibinə aman vermədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasının 32-ci turunda lider “Qalatasaray” səfərdə “Alanyaspor”un qonağı olub.

Matçın 19-cu dəqiqəsində meydan sahibləri azlıqda qalıblar.

Say üstünlüyündən yararlanan “aslanlar” rəqiblərinin qapısında beş dəqiqəyə iki top keçiriblər. 56-cı dəqiqədə Yılmaz, 61-ci dəqiqədə isə Ziyeş fərqlənib.

Cəmi 3 dəqiqə sonra “Alanyaspor” meydanda 9 nəfər qalıb. Fürsətdən istifadə edən Yılmaz 72-ci dəqiqədə dubla imza ataraq fərqi artırıb.

84-cü dəqiqədə isə İkardi adını tabloya yazdırıb - 0:4.

Bu nəticədən sonra “cim-bom” 87 xalla ilk pillədə qərarlaşıb. Onu iki xal az toplayan “Fənərbağça” izləyir. “Alanyaspor” isə 42 xalla 10-cudur.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri