17 
Apr
2024
01:07
63
61
4293
Virtual karabakh

Çempionlar Liqası: İki oyunda 11 qol vuruldu, ilk yarımfinalçılar müəyyənləşdilər - VİDEO

17 Apr, 2024
01:07
4293

Çempionlar Liqası: İki oyunda 11 qol vuruldu, ilk yarımfinalçılar müəyyənləşdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçirilib.

Oxu.Az-ın məlumatına görə, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxıb.

Adıçəkilən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ (2:3) və Almaniyanın “Borussiya” (Dortmund) (2:1) klubları üzərində minimalhesablı qələbə qazanıblar. Lakin cavab görüşləri qaliblərin uğursuzluğu ilə nəticələnib.

“Barsa” doğma meydanda hesabı açsa da, matçın 29-cu dəqiqəsindən etibarən azlıqda qalıb. Say üstünlüyündən yararlanan PSJ dörd qol vuraraq cütün taleyini həll edib - 1:4 (4:6).

“Atletiko” isə səfərdə iki top fərqi ilə məğlub olaraq turnirlə vidalaşıb. İspanlar almanların 4 qolundan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 4:2 (5:4).

Qeyd edək ki, PSJ və “Borussiya yarımfinalda rəqib olublar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri