17 
Apr
2024
18:00
14
36
770
Virtual karabakh

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişib

17 Apr, 2024
18:00
770

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin I Liqada çıxış edən “İmişli” komandası ilə bağlı qərarını dəyişdirib.

Bu barədə Oxu.Az-a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirilib.

Vurğulanıb ki, adıçəkilən klubun apellyasiya şikayəti qismən təmin olunub.

Belə ki, XX turda “Mingəçevir”lə keçirilən görüşün 80-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Gilyerme Silvaya İntizam Komitəsi tərəfindən verilən iki oyunluq cəza bir matça endirilib. Digər bir oyunluq sanksiya şərti olaraq tətbiq edilib.

Futbolçuya üç ay sınaq müddəti verilib. 150 manatlıq cərimə isə qüvvədə saxlanılıb.

Maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüquqları var.

Qeyd edək ki, “Mingəçevir” - “İmişli” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri