Sen
2015
19:15
116
30
5542
Virtual karabakh

“Real”ın futbolçusu: Azərbaycan yığması əvvəlkindən yaxşı oynayır

1 Sen, 2015
19:15
5542

“Real”ın futbolçusu: Azərbaycan yığması əvvəlkindən yaxşı oynayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prosineçki bizi yaxşı tanıyır, lakin bu, ona kömək etməyəcək”.

Madridin “Real” klubunun və Xorvatiya yığmasının aparıcı futbolçularından biri Luka Modriç bildirib ki, Robert Prosineçki faktoru xorvatlara Avrop-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda keçiriləcək matçda Azərbaycana qalib gəlməyə mane olmayacaq. 

“Robert Prosineçki bizi yaxşı tanıyır, lakin düşünmürəm ki, bu, ona kömək edəcək, - Oxu.Az Modriçin sözlərindən sitat gətirir. – Lakin mən inanıram ki, bu, mühüm rol oynayacaq. Düzü etiraf etmək lazımdır ki, Azərbaycan son iki oyunda yaxşı nəticələrə nail olub və əvvəlkindən yaxşı oynayıb”.

Xatırladaq ki, ötən ilin oktyabrında Osiyekedə keçirilən matçda Xorvatiya Azərbaycan yığmasını 6:0 hesabı ilə darmadağın etmişdi. Həmin oyundan sonra millimizin alman çalışdırıcısı Berti Foqts vəzifəsindən istefaya göndərildi.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri