13 
Okt
2015
16:22
20
70
4971
Virtual karabakh

Futbolçunu intim videolarla şantaja görə həbs ediblər

13 Okt, 2015
16:22
4971

Futbolçunu intim videolarla şantaja görə həbs ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha üç nəfər gözaltına alınıb.

Fransız polisi Rusiya yığmasını və Krasnodarın “Kuban” komandasının sabiq forvardı Cibril Sisseni öz həmvətəni, Moskva “Dinamo”sunun hücumçusu, hal-hazırda “Lion” üçün oynayan Matye Valbuenanı şantaj etməkdə şübhəli bilərək həbs edib.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.

Sissedən başqa daha üç nəfəri həbs ediblər, onların adları açıqlanmır. Onlarda Valbuenaya qarşı intim tərkibli kompromat videonun olması ehtimal edilir.

Hüquq-mühafizə orqanlarında olan mənbənin məlumatına görə, 2006-2009-cu illərdə Valbuena ilə “Marsel”də oynayan Sisse azadlığa buraxılacaq, belə ki, onun bu işdə rolu çox kiçikdir.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri