6 
Mar
2017
12:04
63
38
6577
yuxarı
Dubay hava limanı bütün aviaşirkətlərə xəbərdarlıq edib
6 Mar, 2017
12:04
6577
63
38
Dubay hava limanı bütün aviaşirkətlərə xəbərdarlıq edib
Dubay hava limanında baqajların qablaşdırılması yeni qaydalar əsasında aparılacaq.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, bundan sonra üstü hamar olmayan yük çantaları təyyarəyə buraxılmayacaq.
Yeni qayda 2017-ci il martın 8-dən qüvvəyə minəcək.
Artıq adıçəkilən hava limanı bütün avaişirkətlərə yeniliklə bağlı xəbərdarlıq edib və həmin şirkətlərdən öz sərnişinlərini məlumatlandırmalarını tələb edib.
Qeyd edək ki, yeni qaydalar əsasında paketlənməyən baqaj qeydiyyata buraxılmayacaq. Baqajı sərnişin özü ilə götürə bilmək üçün əlavə ödəniş edib yeni qaydalar əsasında paketləmə aparmalı olacaq.
Xatırladaq ki, Dubay hava limanı dünyada ən böyük yük sistemi olan hava limanıdır.
U.A.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Turizm xəbərləri
24 
Apr
2024
02:00
Turizm sahəsində geniş potensiala malik olan Hadrutdan yeni görüntülər - VİDEO
150
10
2873
21 
Apr
2024
09:00
Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA + VİDEO
15
158
1651