14 
Apr
2017
13:37
119
28
2196
Virtual karabakh

Azərbaycan beynəlxalq turizm reytinqində ciddi irəliləyib

14 Apr, 2017
13:37
2196

Azərbaycan beynəlxalq turizm reytinqində ciddi irəliləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan “Səyahət və Turizm - Rəqabət İndeksi”ndə son iki ildə 13 pillə irəliləyərək 71-ci sıraya yüksəlib. 

Oxu.Az-ın məlumatına görə, bu barədə “Report” Ümumdünya İqtisadi Forumun ekspertlərinin hazırladığı “Səyahət və Turizm - Rəqabət İndeksi”nin renkinqinə istinadən xəbər verir. 

Azərbaycan Yaponiyadan sonra 2015-ci ildən bu günədək ən yaxşı performans göstərən ikinci ölkə olub. Onun performans dərəcəsi 5,98% artım göstərib.

Qeyd edək ki, renkinqdə ilk 3 sıranı İspaniya, Fransa və Almaniya tutub. Son sıralarda isə müvafiq olaraq Burundi, Çad və Yəmən yer alıb. Qonşu Rusiya renkinqdə 43-cü sırada qərarlaşıb. Onu sıralamada Türkiyə izləyir.

Gürcüstan isə Azərbaycandan 1 pillə irəlidədir. Viza rejiminin son illərdə liberallaşdırılması Azərbaycanı dünyaya açıqlıq renkinqində 77-ci sıraya yüksəldib. Təbii və mədəni qorunan ərazilərin sahəsinin artmasına görə Azərbaycan 83-cü sıraya qalxıb. 

Azərbaycan şifahi şəkildə təqdim edilmək reytinqində 14-cü sırada yer alıb. Qiymətlərin münasibliyi renkinqində isə ölkə milli valyutanın ucuzlaşması səbəbindən 31-ci sıradadır. Burada ən ucuz ölkə İran, ən bahalı ölkə isə İsveçrədir.

Turizm xidmətləri infrastrukturuna görə Azərbaycan 89-cu sırada yer alıb. ÜİF-in hesabatına görə, 2016-cı ildə Azərbaycanı 1 mln. 921 min 925 nəfər turist ziyarət edib. Əldə olunan gəlir 2,3 mln. ABŞ dolları, hər bir turistin orta xərclədiyi vəsait isə 1201,7 dollar olub.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri