İyl
2017
17:03
78
199
27992
Virtual karabakh

Bakıda maraqlı əyləncə: Yaxta turu – QİYMƏTLƏR

4 İyl, 2017
17:03
27992

Bakıda maraqlı əyləncə: Yaxta turu – QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səyahət və macəra həvəskarları üçün Bakıda maraqlı tur təşkil olunacaq. 

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, tur iyulun 9-da 3 müxtəlif vaxtda baş tutacaq. Turlara 09:00;12:00 və 15:00-da başlanılacaq.  

Toplanış yeri Dənizdənarı Milli Parkda, Yaxt Klubun qarşısında olacaq. Elə tur da buradan başlayacaq.

Səyahət iştirakçıları müasir yaxta ilə 2 saatlıq dəniz gəzintisinin dadını çıxacaqlar. Yaxta sahildən 500-1000 metr məsafədə uzaqlaşacaq. Tur zamanı əyləncəli oyunlar olacaq. Bundan başqa, DJ-in maraqlı ifaları da təşkil olunacaq.

Həmçinin, yaxta qonaqlarına sendviç, desert, meyvə, meyvə şirələri və sərin sular pulsuz təqdim olunacaq. Turun qiyməti 0-5 yaş uşaqlar üçün pulsuzdur. Böyüklər üçün isə yaxta turu 55 manata başa gələcək.

Qeyd edək ki, 5 yaşdan yuxarı bütün yaş təbəqələri üçün biletin qiyməti dəyişməz olaraq qalır. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri