Noy
2017
20:51
31
118
8660
Virtual karabakh

Əcnəbilər üçün dünyanın ən bahalı şəhəri açıqlandı

6 Noy, 2017
20:51
8660

Əcnəbilər üçün dünyanın ən bahalı şəhəri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sinqapur əcnəbilər üçün dünyanın ən bahalı şəhəri adlandırılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Economist Intelligence Unit (EIU) jurnalının hesabatında deyilir.

Hesabatda 160 məhsul və xidmətin, o cümlədən qida, paltar, ev əşyaları, kosmetika, mənzil kirayəsi, nəqliyyat xərcləri, məktəb və uşaq bağçasının qiymətləri müqayisə olunub.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, ilk onluqda əsasən Asiya şəhərlərinin adı daxil olunub. Sinqapur artıq dördüncü dəfədir ki, birinci yerə layiq görülüb. İkinci pillədə Honqkonq, üçdə İsveçrənin Sürix, dörd və beşinci yerdə isə Yaponiyanın Tokio və Osaka şəhərləri qərarlaşıb.

EIU mütəxəssisləri iddia edirlər ki, Sinqapurda ən bahalı paltar və avtomobillər satılır. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri