15 
Noy
2017
13:17
12
76
1591
Virtual karabakh

Şopinq Festivalında iştirak edənlər əvvəlki ilə müqayisədə 2 dəfə çoxdur

15 Noy, 2017
13:17
1591

Şopinq Festivalında iştirak edənlər əvvəlki ilə müqayisədə 2 dəfə çoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 "Əvvəlki Şopinq Festivala nisbətən budəfəki festivalda iştirak edənlərin sayında artım 1,5 və ya 2 dəfə olub".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, ilk Şopinq Festivalına nisbətən bu il festivala gələnlər çoxalıb: "Artıq yerli sakinlər də bu fürsətdən yararlanmağa çalışırlar. Bu ikinci il üçün normal nəticədir. Ümumi alıcıların, iştirakçıların və keçirilən aksiyaların sayı keçən festivala nisbətən təxminən 2 dəfəyə qədər artıb. Biz mövsümlülüyü aradan qaldırmaq üçün festivalı payız və yazda keçirmək qərarına gəldik. Bu da insanların yayda və qışda daha çox istirahətə getməsi ilə bağlıdır."

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri