Dek
2017
13:43
222
36
7712
Virtual karabakh

“Rossiya 24” Azərbaycanın dağ-xizək kurortlarından süjet hazırladı - VİDEO

8 Dek, 2017
13:43
7712

“Rossiya 24” Azərbaycanın dağ-xizək kurortlarından süjet hazırladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın Qəbələ şəhərində yerləşən dağ-xizək kurortları barədə süjet yayımlanıb.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, sujetdə Azərbaycanda dağ-xizək mövsümünün açıldığı qeyd olunub. 

Bildirilib ki, Azərbaycanda turistlərə yalnız qar trasları deyil, həmçinin yerli ekzotika təklif olunur: Sujetdə müalicəvi neftlə yuyunmaq, qarpız və qozdan hazırlanan mürəbbələrdən söz açılıb.

Telekanalın hazırladığı sujetdə Azərbaycan dağ-xizək komplekslərində qiymətlərin Avropdan dəfələrlə ucuz olması xüsusilə vurğulanıb: 

“Ən çox turist BƏƏ, İran, Gürcüstan və Rusiyadan gəlir. Burada növbələr olmur, insanlar bir-birilərini itələmirlər. Lakin bu, kurortun populyar olmaması anlamına gəlmir. Ötən il Yeni il tətilində burada 20 min turist olub ki, bu da şəhərin ümumi əhalisindən iki dəfə çoxdur. Bu il isə şəhərdə daha çox qonağın olacağı gözlənilir. Hazırda şəhərdə Yeni il yarmarkasına hazırlıq işləri aparılır”. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri