11 
Yan
2018
11:17
129
43
7569
Virtual karabakh

Azərbaycana səfər edən amerikalı turistlərə xəbərdarlıq olundu

11 Yan, 2018
11:17
7569

Azərbaycana səfər edən amerikalı turistlərə xəbərdarlıq olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət Departamenti amerikalı turistlərin dünyanın hər bir ölkəsinə təhlükəsiz səfərlər etmələrini qiymətləndirərək səyahət məsləhət proqramı açıqlayıb. 

Oxu.Az  xəbər verir ki, proqramda Dövlət Departamenti terrorizm təhlükəsi ilə əlaqədar amerikalı turistləri Azərbaycana səfər edərkən diqqətli olmağa çağırıb.

Bildirilir ki, bəzi sahələrdə risk artıb.

Əsas risk kimi Dağlıq Qarabağ göstərilib. Departament amerikalılara bu bölgəyə səfər etməməyi məsləhət görüb. 

Qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi davam edir:

“Tez-tez atışmalar və artilleriya sistemlərindən, o cümlədən yeraltı minalardan və minaatanlardan istifadə insanların ölümünə və yaralanmasına səbəb olur. Bu səbəbdən amerikalılar “Təmas xətti” yaxınlığında olan yollardan çəkinməlidirlər”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri