12 
Okt
2018
14:21
269
16
3515
Virtual karabakh

İstanbulun yeni aeroportundan Bakıya uçuşlar başlayır

Yaxın vaxtlarda İstanbulun sayca üçüncü aeroportundan Bakıya aviareyslər başlayacaq. 

Oxu.Az “Habertürk”ə istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin Dövlət Aeroportlarının Baş İdarəsi məlumat yayıb. 

Bildirilib ki, Azərbaycana ilk reys noyabrın 1-i, yerli vaxtla 15:55-də, geriyə isə noyabrın 2-si, saat 08:53-də olacaq. 

Hər iki istiqamət üzrə biletlərin qiyməti 99 dollardır. 

Qeyd edilib ki, aviabiletlərin satışı artıq başlanılıb. 

İstanbulun yeni aeroportundan ilk uçuş isə oktyabrın 31-də Ankaraya ediləcək. 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turanın sözlərinə görə, İstanbulun üçüncü aeroportunda 300 istiqamətdə uçuşlar həyata keçiriləcək. Yeni aeroport eyni anda 114 təyyarəni qəbul edə bilər. Aeroportun açılış mərasimi oktyabrın 29-da keçiriləcək.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri