16 
Sen
2019
06:24
191
44
3045
Virtual karabakh

Gələn il Rusiyadan Bakıya dəniz kruizləri hazırlanır

16 Sen, 2019
06:24
3045

Gələn il Rusiyadan Bakıya dəniz kruizləri hazırlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Xəzər dənizində səyahət turları planlaşdırılır.

Bunu “RİA "Novosti” agentliyinə müsahibəsində Həştərxan vilayətinin yeni qubernatoru İqor Babuşkin bildirib.

“Artıq 2020-ci ildə Xəzər dənizi üzrə əsasən Həştərxandan Aktau, Türkmənbaşı, Bakı, Mahaçqala naviqasiyası üzrə marşrut planları hazırlanıb. Mən “Avaza” turizm zonasına və Türkmənbaşı limanına səyahəti Türkmənistan nümayəndələri ilə müzakirə etmişəm", - deyə qubernator bildirib.

O ümid edir ki, Azərbaycan dəniz səyahətləri ideyasını müsbət qarşılıyacaq.

Gələn ilə Xəzər dənizində 3 kruiz nəzərdə tutulub ki, onlarda 1050 turistin iştirakı gözlənilir.  

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri