Okt
2019
23:27
17
199
4062
Virtual karabakh

Lənkəranda “laqunda” ilə işləyən usta özünü yaraladı

3 Okt, 2019
23:27
4062

Lənkəranda “laqunda” ilə işləyən usta özünü yaraladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Laqunda” ilə evində işləyən usta ehtiyatsızlıqdan ağır xəsarət alıb. Hadisə Lənkəranda baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsində yaşayan 1978-ci il təvəllüdlü Murad Ağazadə oğlu Əliyev evində təmir işləri görərkən ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Hadisə M.Əliyevin “laqunda” ilə işlədiyi vaxt baş verib. Belə ki, ani olaraq yaranan texniki nasazlıq zamanı “laqunda” onun üz nahiyəsinə dəyib.

Hadisə yerinə dərhal təcili yardım briqadası çağırılıb. M.Əliyevə ilk tibbi yardım göstərildikdən sonra o, təcili yardım maşını ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Onun vəziyyəti ağır olduğundan Bakıya aparmaq mümkün olmayıb. Bu səbəbdən paytaxtdan həkim briqadası dəvət edilib.

Hazırda Lənkəran polisində hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri