27 
Noy
2019
12:22
29
65
4030
Virtual karabakh

Prestijli tətil axtarışında olanlara şad xəbər

Ənənəvi tətillərdən, hər il eyni yerləri gəzməkdən yorulmusunuz və ya xarici ölkələrin hotelləri və xidmətləri artıq sizi qane etmir? Elə isə sizə tətil ənənənizi kökündən dəyişəcək prestijli və şarmlı istirahət növünü təqdim edirik.

Kruiz səfərləri 

Kruiz səfərləri neçə illərdir ki, ABŞ-ın və Avropanın keyfiyyətli tətil və istirahət axtarışında olan əksər sakinlərinin seçimidir. Sevindirici hal ondadır ki, yeni yaranan xidmətlər sayəsində artıq Azərbaycan vətəndaşları da  asanlıqla kruiz gəmisində möhtəşəm tətilin zövqünü yaşa bilərlər. 
Kruiz səfərlərinin mahiyyəti barədə daha ətraflı məlumat almaq istəyirsinizsə, məqalənin ardını oxuyun, çünki, oxucularımız üçün dünyaca məşhur və bəyənilən səyahət növü kruiz səyahəti barədə məlumat paylaşmaq qərarına gəlmişik.  

Kruiz bir neçə şəhəri gəmi vasitəsilə səyahət etmək növüdür. Əsasən dünyada kruiz səfərləri ABŞ və Avropada insanların üstünlük verdiyi səyahət növü olsa da, hazırda dünyanın hər yerinə kruizlər təşkil olunur. Hər il orta hesabla 15 min kruiz səfəri reallaşdırılır. Bu səfərlərdə iştirak edənlərin 20%-ə yaxını ilk kruiz səfərinə çıxan insanlardır, bu, o deməkdir ki, kruiz səfərlərindən daha çox insan faydalanmağa başlayır.

Kruiz gəmiləri 2 mindən 6 minədək qonağın istirahətini təşkil edə biləcək nəhənglikdə olur. Təsəvvürün formalaşması üçün misal olaraq deyək ki, bu, təxminən 20 mərtəbəli üzən binadır. Kruiz gəmilərinin uzunluğu 350 metrə çatır, bu da təxminən 5 ədəd təyyarənin uzunluğu qədərdir. 

Nəyə görə insanlar gəmi vasitəsilə səyahətə üstünlük verir? 

Hər şeydən əvvəl kruiz səyahətini cəlbedici edən xüsusiyyət onun insanlar arasında prestijli hesab olunmasıdır. Çünki, gəmidə şam yeməkləri, operalar və teatrlar səfərə xüsusi ziyafət ab-havası qatır.

Adətən, tətilində bir neçə şəhər və ya ölkə gəzmək istəyən insanlar otel xərclərindən azad olmaq üçün transfer müddətini gecəyə salır və xərcdən yayına bilir. Lakin, otelsiz səfər nizamlana bilsə də, müxtəlif şəhərlərdə müxtəlif qiymətlərlə gündə ən azından 3 dəfə qidalanmağa ehtiyac yaranır və bu xərci səyahətçi ödəyir.

Kruiz səfərində gəmi sizin qalacaq yeriniz olur, həmçinin, yad şəhərdə damaq dadınıza uyğun keyfiyyətli yemək axtarmaq da asan deyil. Kruiz gəmiləri isə sərnişinlərini bu əziyyətdən xilas edir və gün ərzində 3 dəfə qidalanmanı təmin edir. Oteldən fərqli olaraq sizin qazancınız təkcə yemək və qalmaq yeri deyil, həmçinin, siz gəmi daxilində təşkil olunan şou proqramlarda iştirak edə, əyləncələrə qatıla, kitabxana və ya hovuzdan istifadə edə və gəminin təşkil etdiyi digər xidmətlərdən yararlana bilirsiniz. 

Kruiz gəmiləri hazırda ən təhlükəsiz nəqliyyat vasitələridir. Burada yüksək təhlükəsizlik tədbirləri görülür və öncədən planlanmış cədvəl və xəritələr əsasında səfər baş tutur. Son 10 ildə texnologiyanın inkişafı sayəsində hazırlanan innovativ gəmilər icazə verir ki, səfər tarixi havanın sakit vaxtına təyin edilsin və yolda yarana biləcək hər hansı təhlükəyə qarşı öncədən xəbərdarlıqlar əldə olunsun.

Hətta ən kiçik narahatlıqda belə gəmi kapitanı su sərhədi daxilində olduğu ölkənin sahil təhlükəsizlik idarəsinə, gəminin məxsus olduğu şirkətə və kruiz səfərlərinə cavabdeh olan beynəlxalq mərkəzə xəbər göndərir və ən geci yarım saat ərzində problem aradan qaldırılır.  

Sizin kruiz səyahətiniz təkcə gəmi ilə sərhədlənmir, eyni zamanda gəmi sizi marşrut üzrə müəyyən liman şəhərlərinə aparır, həmin şəhəri gəzməyiniz üçün sizə kifayət qədər vaxt ayırır, hətta sizin üçün şəhər turları da təşkil edir. Qayıdış vaxtı isə dəqiq olur.
Kruizin qiymətlərinə gəldikdə isə, qiymətlər Azərbaycanda orta gəlirli ailələrin 7-10 günlük yay tətillərinə xərclədikləri xərclə eynidir.

Azərbaycanın digər dənizlərə və okeanlara birbaşa çıxışı olmadığı üçün kruizə qoşulmaq istəyənlər İzmir, Dubay, Peterburq, Barselona və ya digər şəhərlərə təyyarə ilə səfər edib, bu liman şəhərlərdən kruiz səyahətinə başlaya bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri