27 
Noy
2019
12:36
184
63
2950
yuxarı
Naxçıvana gələn İran vətəndaşları üçün viza rejimi ləğv edildi
27 Noy, 2019
12:36
2950
184
63
Naxçıvana gələn İran vətəndaşları üçün viza rejimi ləğv edildi
İrandan Naxçıvan Muxtar Respublikasına səfər edən ölkə vətəndaşları üçün viza rejimi ləğv edilir.
Bu barədə Oxu.Az İran KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu ilin dekabrın 1-dən etibarən İran vətəndaşları Naxçıvan ərazisinə vizasız daxil ola və 15 gün qala biləcəklər.
Qeyd edək ki, bu ilin oktyabr ayında Culfa, Şahtaxtı, Sədərək sərhəd keçid məntəqələrində, Naxçıvan dəmiryolu stansiyası və Naxçıvan Beynəlxalq hava limanında İran vətəndaşları üçün 15 gün müddətli birdəfəlik viza rüsumunun məbləği 5 avroya (9.34 manat) endirilmişdi.
Bundan əvvəl isə İran vətəndaşları 15 gün müddətli 10 avro rüsumlu birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilirdilər.
Aqşin Kərimov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Turizm xəbərləri
24 
Apr
2024
02:00
Turizm sahəsində geniş potensiala malik olan Hadrutdan yeni görüntülər - VİDEO
152
10
2928
21 
Apr
2024
09:00
Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA + VİDEO
15
158
1693