10 
İyn
2020
12:03
17
93
5264
Virtual karabakh

Pandemiya dövründə hansı ölkələrə getmək olar? – İNTERAKTİV XƏRİTƏ

10 İyn, 2020
12:03
5264

Pandemiya dövründə hansı ölkələrə getmək olar? – İNTERAKTİV XƏRİTƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası dövründə dünya ölkələrinə səyahət üçün interaktiv xəritə hazırlanıb.

Lenta.ru-nun məlumatına görə, layihə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) saytında dərc olunub.

Orada, xüsusilə pandemiya ilə əlaqədar bəzi dövlətlərə daxil olmağın bütün qaydaları (hava nəqliyyatında məhdudiyyətlər, qapalı sərhədlər və ya məcburi karantin dövrü zərurəti) göstərilir.

Hər bir ərazi görülən tədbirlərin ciddiliyini əks etdirən rənglərlə işarələnib: “tamamilə qapalı” ölkələr tünd mavi, “qismən qapalı” ölkələr açıq mavi, “məhdudiyyətsiz” ölkələr solğun mavi, “dəyişikliklər haqqında məlumatların yeniləndiyi ölkələr” ağ rəngdə göstərilib.

Qeyd olunur ki, xəritə COVID-19-un yayılması fonunda dünyada baş verən bütün dəyişiklikləri nəzərə alaraq mütəmadi olaraq yenilənir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri