Fev
2021
15:00
255
29
1875
Virtual karabakh

İsrail gələn ay beynəlxalq turizmi bərpa edir

5 Fev, 2021
15:00
1875

İsrail gələn ay beynəlxalq turizmi bərpa edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mart ayından etibarən İsrail beynəlxalq turizmə yenidən başlayır.

“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə İsrail Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yerli sakinlər, peyvəndləmənin hər iki mərhələsini keçmiş və “yaşıl pasport” almış şəxslər yola düşmədən əvvəl və enişdən sonra PCR testindən keçmədən, karantində qalmadan səyahət edə biləcəklər.

Artıq gözlənildiyi kimi Kiprlə razılaşma əldə edilib. Yunanıstan Baş naziri Kiriakos Mitsotakisin 8 fevralda turizm mübadiləsinin şərtlərini müzakirə etmək üçün İsrailə gəlməsi gözlənilir.

Oxşar danışıqlar Serbiya, Seyşel adaları, Rumıniya və Gürcüstanla da aparılır.

Hazırda İsraillə digər ölkələr arasında xüsusi humanitar uçuşlar istisna olmaqla, sərnişin reysləri dayandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri