Mar
2021
07:39
67
145
6802
Virtual karabakh

İlk kosmik hotelin hazır olacağı vaxt açıqlandı - FOTO/VİDEO

3 Mar, 2021
07:39
6802

İlk kosmik hotelin hazır olacağı vaxt açıqlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Voyager Station” stansiyasının layihəsi olan “Orbital Assembly Corporation” tərəfindən dizayn edilən ilk kosmik hotel 2027-ci ildə hazır olacaq.

Bu barədə “Daily Mail” xəbər verib.

Aşağı Yer ətrafı orbitdə yerləşəcək hotel halqa şəklində olacaq. Süni qravitasiya yaratmaq üçün o fırlanacaq. Bildirilir ki, hotelin fırlanması həyati əhəmiyyət daşıyır, çünki insanları qravitasiya olmadan uzun müddət kosmik stansiyada saxlamaq mümkün deyil.

Korpusun xaric tərəfində otaqların, kinoteatrların, barların, restoranların, idman salonlarının, spa və sağlamlıq mərkəzinin yerləşəcəyi turistik kapsulalar yerləşdiriləcək.

Qalan kapsullar özəl şirkətlərə və hökumətlərə icarəyə veriləcək, yaxud da satılacaq.

Məsələn, insanlar xüsusi bir villa üçün 20 x 12 metrlik modullardan birini, ya da bir otel üçün bir neçə modulu birdən ala bilərlər. Hökumətlər stansiyadan öz elm moduluna ev sahibliyi etmək üçün və ya Marsa uçmağa hazırlaşan astronavtlar üçün təlim mərkəzi kimi istifadə edə bilərlər.

Layihə tam olaraq həyata keçirilərsə, bu hotel kosmosda işə salınan ən böyük obyekt olacaq. Hotelin tərtibat və tikinti xərcləri açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri