17 
İyn
2021
16:52
218
28
4405
Virtual karabakh

“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır

17 İyn, 2021
16:52
4405

“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi – “Buta Airways” Türkiyənin kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyə qədər artırır.

Bu barədə aviaşirkətdən bildirilib.

Məlumata görə, şənbə günləri həyata keçirilən reyslərdən əlavə, iyulun 4-dən bu istiqamət üzrə uçuşlar çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də yerinə yetiriləcək.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə edə bilərsiniz.

Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri:

- Türkiyə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey

Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş şərtləri ilə keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan

- koronavirus (COVID-19) infeksiyasına dair PCR-testin neqativ nəticəsi barədə arayışa malik olmalıdırlar. Türkiyədə koronavirus (COVID-19) infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.butaairways.az/az/covid/azerbaijan

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri