İyl
2021
11:51
86
25
4291
Virtual karabakh

Turizm sektorunda yeni layihə: Birinci yerin qalibinə 10 min manat veriləcək

1 İyl, 2021
11:51
4291

Turizm sektorunda yeni layihə: Birinci yerin qalibinə 10 min manat veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Regionlarda turizmin inkişafında kiçik və orta sahibkarların rolu əhəmiyyətlidir. “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramının mahiyyəti regionlarda yeni turizmə sahibkarları təşviq etmək, bura investisiyaları cəlb etməkdən ibarətdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov deyib. 

O bildirib ki, layihə İT üzrə çalışan əməkdaşlar üçün yeni imkanlar yaradacaq. Agentliyin direktor müavini qeyd edib ki, proqram səkkiz region üzrə - Quba, Lənkəran, Naxçıvan, Zaqatala, Şəki, İsmayıllı, Qəbələ və Gəncə şəhərini əhatə edəcək:

“Xüsusilə müvafiq regionların seçilməsinə səbəb isə onların turizm marşrutları üzərində yerləşməsidir. Lakin, layihəyə istənilən regiondan olan şəxslər qoşula biləcək. Gələcəkdə layihənin əhatə etdiyi şəhərlərin sayının artırılması gözlənilir”.

Bəhruz Əsgərov qeyd edib ki, biznes təkliflərini təqdim edən şəxslər layihə ilə bağlı yerlərdə də əlavə məlumat ala biləcəklər:

“Layihə tələbələr, məzun olmuş şəxslər, yerli icmalarda yaşayan və regionlarda startap ideyaları olan, həmçinin İT üzrə çalışanları əhatə edəcək. Təklif vermək istəyənlər kənd turizmi, elektron ticarət, infrastruktur, texnologiya, kulinariya, turizm qonaqpərvərlik, turizm təcrübələri və layihələri, eləcə də sosial sahələr üzrə ideyalarını təqdim edə bilərlər. Turizm biznes layihələri ilk növbədə RİTM ideya bankına daxil olur, seçilən layihələr startap müsabiqəsinə təqdim edilir.

Uğurla keçən komandalara 3-cü mərhələdə RİTM inkubasiya proqramı çərçivəsində təlimlər keçiriləcək. Eləcə də komandaya mentor təyin olunacaq. Sonuncu olaraq milli finalda hər bölgədən seçilmiş komandalar Bakıda üç yer üzrə mübarizə aparacaqlar. Belə ki, birinci yerin qalibi 10 000, ikinci yerin qalibi 5 000, üçüncü yerin qalibi 2500 manat maliyyə mükafatı alacaq”.

Agentlik rəsmisi qeyd edib ki, qaliblər hüquqi, marketinq və maliyyə üzrə təlimlər alacaq, eləcə də mütəmadi olaraq investor və sahibkarla görüşəcəklər. Onlara beynəlxalq startap layihələrinə qoşulmaq imkanı da yaradılacaq.

Qeyd edək ki, 6 avqust layihəyə qoşulmaq üçün son qeydiyyat tarixidir.

Nigar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri