25 
Dek
2021
03:38
19
77
2719
Virtual karabakh

Əyləncəli səyahətinizi “burunuzdan gətirəcək” MƏQAMLAR - FOTO

25 Dek, 2021
03:38
2719

Əyləncəli səyahətinizi “burunuzdan gətirəcək” MƏQAMLAR - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tez-tez səyahət edən rusiyalı turistlərdən biri Yandex.Zen platformasındakı şəxsi bloqunda səyyahların ən bezdirici vərdişləri barədə danışıb.

Bloq müəllifinin sözlərinə görə, bəzi insanlar unudurlar ki, onların azadlıqları başqalarına maneə yarandığı yerdə başa çatır. Belə ki, səyyahların bəziləri tez-tez gecikirlər, nəticədə ekskursiya qrupları və ya avtobusun digər sərnişinləri onları gözləmək məcburiyyətində qalır.

Həmçinin, onun dediyinə görə, “qaçaraq bir baxış atmaq” məsqəsdiylə dükanlara girən və orada yoxa çıxan, bəzən isə narahatedici suvenirlərlə – məsələn, ətirli balıq və ya yüksək səslə çalan zənglərlə qayıdan turistlər başqalarına narahatlıq yaradır.

“Əgər belə dostlarla təkbaşına dincələcəksinizsə, gəzintilərinizin yarısı onların suvenir dükanlarında keçəcək”, - deyən müəllif alış-veriş olmasa belə, onlarla baxmaq məcburiyyətində qala biləcəyiniz barədə xəbərdarlıq edib.

Bundan əlavə, tütün tüstüsünün təhlükələri haqqında düşünməyən və elə birbaşa gəzinti avtobusunda, yaxud bir qrup insanın ortasında siqaret çəkməyə başlayan turistlər böyük narazılıq yaradır.

“Sizə bir küncə çəkilməyə nə mane olur - başqaları haqqında düşünmək istəyinin olmaması, yoxsa beyin çatışmazlığı? Sərtliyə görə üzr istəyirəm, amma belə insanların davranışı gündəlik həyatda da həqiqətən qan qaraldır və əziyyət verir!” - deyə qız etiraf edib.

Turistlərin xoşagəlməz vərdişləri arasında o, bəzi səyyahların şəkil çəkdirmək barədə maniakal istəyi də qeyd edib. Onun sözlərinə görə, onlar hətta bəzən digər səyyahların kadrına da girməyə çalışırlar.

“Bundan başqa, daim telefonla və ya video zənglə danışan səyyahlar da digərlərini narahat edir”, - deyə bloq müəllifi sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri