11 
Yan
2022
20:44
437
60
2404
Virtual karabakh

Rusiyalılar üçün ən arzuolunan ölkələrdən biri Türkiyədir - FOTO

11 Yan, 2022
20:44
2404

Rusiyalılar üçün ən arzuolunan ölkələrdən biri Türkiyədir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalılar üçün ən arzuolunan ölkələrdən biri Türkiyədir.

Bununla bağlı Rusiyanın “Ozon Travel” səyahət planlaşdırma xidmətinin sorğunun nəticəsində məlum olub.

Respondentlər, 2022-ci ildə hər hansı ölkəyə pulsuz səyahət etmək imkanı olsa, Türkiyə ilə yanaşı İtaliya və Maldiv adalarının da arzusunda olduğunu etiraf ediblər.

18-30 yaşlı respondentlər ABŞ, Cənubi Koreya və Yaponiyaya səfər etmək istəyirlər.

Daha yaşlı kateqoriyalar (40-50 yaş) çimərlik və görməli yerlərinə görə ​​Tayland, İspaniya və Yunanıstana səyahət etməkdə maraqlıdırlar.

Meksika, Seyşel adaları, İsveçrə kimi ölkələrə premium “tətillər” isə 50 yaşdan yuxarı turistləri cəlb edir.

Respondentlərin 44 faizi yayda, 21 faizi yazda, 14 faizi payızda, 11 faizi isə qışda səyahətə çıxmaq istəyir. Qalan 10 faiz üçün ilin vaxtının əhəmiyyəti yoxdur.

Qeyd olunub ki, respondentlərin 65 faizi arzuladığı səyahətə həyat yoldaşını və ya partnyorunu özü ilə aparmaq istəyini bildirib, 37 faizi uşaqları ilə, 26 faizi isə dostları və ya qohumlarının əhatəsində dincəlməyə üstünlük verir. Səkkiz faiz xəyallarındakı səyahətə tək getmək istədiyini deyib.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri