13 
Yan
2022
13:56
48
167
3157
Virtual karabakh

Avstraliyada dağ Bakıdakı mənzil qiymətinə satılır - FOTO

Avstraliyanın Kvinslend ştatında Brisben şəhərindən 100 kilometr aralıda yerləşən Maunt Hallen dağı satışa çıxarılıb.

Məlumata görə, 107,2 hektar torpaq sahəsi olan yüksəkliyi əldə etmək istəyənlər cəmi 620 min Avstraliya dolları (təqribən 763 min manat) ödəməlidirlər. Bu Bakının mərkəzindəki mənzillərin qiymətindən belə aşağı qiymətdir.

Maunt Hallen dağının zirvəsindən Vivenho gölünə mənzərə açılır. Ora yalnız yolsuzluq avtomobili ilə getmək mümkündür. Yüksəklikdə geoloqların ərazinin xəritələrini yaratmaq üçün istifadə etdikləri köhnə stansiyadan başqa heç bir infrastruktur yoxdur.

Əvvəlki sahibi dağlarda yaşamaq arzusunda olub və Maunt Hallendə “Qocalar evi” tikməyi planlaşdırıb. Lakin ərazidə belə bir mülk tikmək çətin olduğu üçün onlar başqa yerə köçməyə qərar veriblər.

Bununla belə, rieltorların sözlərinə görə, təpədə fərdi ev tikmək üçün əlverişli sahə mövcuddur.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri