Apr
2022
11:24
195
22
5723
Virtual karabakh

Heydər Əliyev Beynəlxalq Aeroportu “FlyArystan” aviaşirkətinin ilk reysini qəbul edib - FOTO/VIDEO

1 Apr, 2022
11:24
5723

Heydər Əliyev Beynəlxalq Aeroportu “FlyArystan” aviaşirkətinin ilk reysini qəbul edib - FOTO/VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti cümə günü - aprelin 1-də Aktau şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Qazaxıstanın ilk aşağıbüdcəli aviaşirkəti olan “FlyArystan” “Air Astana” aviaşirkətinin struktur bölməsidir.

Bu həftədən etibarən aviaşirkət Aktau-Bakı-Aktau marşrutu üzrə həftədə iki dəfə - cümə və bazar günləri uçuşlar həyata keçirəcək.

“FlyArystan” aviaşirkətinin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda necə qarşılandığı haqqında qeyd edilən videoçarxda baxa bilərsiniz: 

Xatırladaq ki, aprel ayında Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti də Qazaxıstana uçuşlar həyata keçirməyə başlayacaq. Belə ki, 5 aprel tarixindən etibarən aviaşirkətin Bakı-Aktau-Bakı marşrutu üzrə reysləri həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Səyahət etməzdən əvvəl bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı qüvvədə olan hər iki ölkəyə giriş qaydaları haqqında son məlumatlarla tanış olmaları tövsiyə olunur. 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri