18 
Avq
2022
12:56
52
32
1494
Virtual karabakh

Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub

18 Avq, 2022
12:56
1494

Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

İclasda iştirakçılar mülki aviasiyanın hal-hazırda bütün dünyada üzləşdiyi çağırışları, Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra əsas məsələləri müzakirə ediblər, gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas prioritetləri müəyyən edilib.

Görüşdə aviasiya təhlükəsizliyi mədəniyyətinin hərtərəfli tətbiqinin zəruriliyi və aviasiya təhlükəsizliyinin təmin edilməsinin “Azərbaycan Hava Yolları” üçün birinci dərəcəli prioritet kimi vacibliyi vurğulanıb.

AZAL-ın bütün strukturları bundan sonra da digər idarələrlə əlaqəli şəkildə bu məsələyə böyük diqqət göstərəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri