29 
Avq
2022
11:33
217
56
2109
Virtual karabakh

AZAL Bakı-Təl-Əviv reysində daha komfortlu təyyarələrdən istifadə edəcək

29 Avq, 2022
11:33
2109

AZAL Bakı-Təl-Əviv reysində daha komfortlu təyyarələrdən istifadə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivə həyata keçirdiyi reyslərdə daha komfortlu təyyarələrdən istifadə etmək qərarına gəlib.

“Report” İsrail mətbuatına istinadən xəbər verir ki, sentyabrın ilk günlərindən Bakı-Təl-Əviv-Bakı istiqamətində həyata keçirilən aviareyslərdə “Airbus A319” təyyarələrinin əvəzinə “Boing 787 Dreamliner” təyyarələrindən istifadə olunacaq.

Hələ ki, planda 1, 8, 11 və 21 sentyabrda reallaşdırılacaq uçuşlar üçün təyyarələrin dəyişdirilməsidir. Aviaşirkət Bakı-Təl-Əviv-Bakı reyslərini mümkün qədər rahat etmək üçün bortların dəyişdirilməsini davam etdirməyi planlaşdırır.

Bu arada isə İsrailin turizm naziri Konstantin Razvozov yerli “El-Al” aviaşirkətinə Təl-Əvivdən Bakıya əlavə reyslərin açılması imkanlarına baxmasını təklif edib. Onun sözlərinə görə, İsraillə Azərbaycan arasında sıx tarixi və mədəni əlaqələr var:

“İsraildən olan turistlər hər zaman qonaqpərvər Azərbaycana səfər etməklə bağlı arzularını, istəklərini ifadə edirlər. Ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına töhfə vermək üçün əlimdən gələni edirəm, xüsusən də hava nəqliyyatının genişləndirilməsi istiqamətində fəal işləyirəm”.

Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə deyib ki, Azərbaycanla İsrail arasında turizm sahəsində güclü əlaqələr var:

“2021-ci ildən Təl-Əvivdə turizm ofisimiz fəaliyyət göstərir ki, bu da israilliləri dost Azərbaycanda rahat, maraqlı, təhlükəsiz istirahət haqqında daha geniş, ətraflı məlumatlandırmaq məqsədi daşıyır. Koronavirus (COVID-19) pandemiyasından sonra biz hər iki istiqamətdə turistlərin sayında artım müşahidə edirik və hava nəqliyyatının aktivləşməsi bu prosesə əlavə təkan verəcək. Yeni uğurlar əldə etmək üçün səylərimizi davam etdirəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri