29 
Avq
2022
17:38
262
14
2920
Virtual karabakh

Azərbaycan yığmasının həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

29 Avq, 2022
17:38
2920

Azərbaycan yığmasının həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının həkimi Bakı-İstanbul aviareysində səhhəti pisləşən sərnişini xilas edib.

“Report” xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə 11:45-də Bakıdan İstanbula uçan Türk Hava Yollarının təyyarəsində baş verib.

Təyyarə havaya qalxdıqdan 2 saat sonra sərnişin özünü narahat hiss edib. Sərnişin bildirib ki, sinəsində ağrılar var və getdikcə həmin ağrılar şiddətlənir. Təyyarə heyəti sərnişini ilkin müayinədən keçirsə də, onun səhhətini yaxşılaşdırmaq üçün dərman preparatı tapılmayıb.

Həmin təyyarədə Maltaya yarışa gedən qızlardan ibarət Azərbaycan futbol yığması da uçduğu üçün halı pisləşən sərnişinin köməyinə komandanın həkimi çatıb. Həkim sərnişini ehtiyat tibb çantasından lazım olan dərmanla təmin edib və daha sonra xəstənin halı normallaşıb.

Həkim sərnişindən təcili ürəyini kardioqram etməsini tələb edib və təyyarə İstanbulda endikdən sonra xəstə klinikaların birində həkim nəzarətinə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri