Sen
2022
06:13
161
17
2795
Virtual karabakh

Dünyanın ən böyük aviaşirkətlərindən birinin pilotları kütləvi tətil edir

2 Sen, 2022
06:13
2795

Dünyanın ən böyük aviaşirkətlərindən birinin pilotları kütləvi tətil edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın aparıcı aviaşirkəti “Lufthansa”nın pilotları tətil etmək qərarına gəliblər.

Maaşlarının artırılmasını istəyən pilotlar etiraz olaraq işə çıxmayacaqlar.

Bu səbəbdən “Lufthansa”da uçuşlarda fasilələr yarana bilər.

Lufthansa pilotları ittifaqı “Vereinigung Cockpit”dən verilən açıqlamaya görə, “Lufthansa” rəhbərliyi ilə danışıqlar müsbət nəticələnməyib. Bu səbəbdən də sərnişin və yük bölmələrində çalışan pilotlar tətil edəcək.

İttifaqa üzv olan beş mindən çox pilot üçün bu il 5,5%, sonra isə inflyasiya nisbəti qədər maaş artımı tələb olunur.

Eyni zamanda “Lufthansa”nın törəmə şirkəti olan “Eurowings”də də pilotlar tətil etmək qərarına gəliblər.

Mənbə: CNNTürk

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri