ABŞ-nin Baltimor şəhərində Frensis Skott Key körpüsünün dağılması nəticəsində ölənlərdən daha birinin cəsədi sudan çıxarılıb.
Bu barədə yerli hökumət orqanlarından xəbər verilib.
“Xilasetmə qrupları altıncı şəxsin - güman ki, Baltimor körpüsünün uçması nəticəsində həlak olanlardan sonuncusunun cəsədini çıxarıb”, - deyə mənbədən bildirilib.
Ölənin Baltimordan 37 yaşlı Xose Minor Lopes olduğu müəyyən edilib. Məlumata görə üç övlad atası Lopes ailənin yeganə işləyəni olub.
Xatırladaq ki, martın 26-da Sinqapurun “Dali” konteyner gəmisinin körpünün dayağına çırpılması nəticəsində infrastruktur uçub. Nəticədə onun üzərində olan avtomobillər suya düşüb, insanlar həlak olublar.
O da bildirilir ki, uçan körpü ABŞ-də 81 milyard dollarlıq (137,7 milyard manat) ticarət böhranına səbəb olub.
Mənbə: CNN
Rəylər