26 
Sen
2022
15:42
33
213
8097
Virtual karabakh

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb

26 Sen, 2022
15:42
8097

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin maksimal dəyərini açıqlayıb.

Aviaşirkətdən bildirilib ki, biletlərin maksimal qiyməti ekonom sinif üzrə 409 avro, biznes sinfi üzrə 769 avro, “VIP Club” tarifi üzrə isə 869 avrodur.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimuth” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümündən və bir sıra digər kriteriyalardan asılıdır.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri