14 
Yan
2023
03:26
137
15
3882
Virtual karabakh

Dünyanın həm vaxt, həm də məsafə cəhətdən ən uzun çay kruizi başlayır - FOTO

14 Yan, 2023
03:26
3882

Dünyanın həm vaxt, həm də məsafə cəhətdən ən uzun çay kruizi başlayır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Hindistandan dünyanın ən uzun çay kruizinə start verilib. Komfortlu “MV Ganga Vilas” paroxodu Qanq çayının sahilində yerləşən Varanasidə (Uttar Pradeş) 51 günlük səfərə başlayıb. 

Beş ştatın ərazisindən keçərək 3,2 min km məsafə qət edəcək üçgöyərtəli gəmi Qanqdan əlavə Hindistan və Banqladeşin daha 27 çayı boyunca hərəkət edəcək.

Kruizə qatılan 33 isveçrəli turist 51 gün ərzində Hindistanın zəngin mədəni və tarixi irsi ilə tanış olacaq. Proqrama 50 turizm mərkəzinə, o cümlədən BMT-nin Dünya Mədəni İrsi obyektlərinə, milli parklara və Patna, Sahiqanc, Kəlküttə, Quvahati və Dəkkə kimi böyük şəhərlərə səfərlər daxildir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri