17 
Mar
2023
19:39
148
35
1279
yuxarı
AZAL Azərbaycan və Bəhreyni birləşdirəcək
17 Mar, 2023
19:39
1279
148
35
AZAL Azərbaycan və Bəhreyni birləşdirəcək
İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.
AZAL-dan verilən məlumata görə, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də olacaq.
İlkin olaraq, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək.
İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq. Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan, Fars körfəzində yerləşən ada ölkəsidir.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz.
Biletləri, həmçinin, AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək