25 
Mar
2024
17:36
154
81
3098
Virtual karabakh

“Crocus”da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

25 Mar, 2024
17:36
3098

“Crocus”da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsilə miqrant axınına nəzarətin sərtləşdirilməsi istiqamətində işləri sürətləndirə bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib.

Qeyd olunub ki, miqrant axını terrorizmdən ayrı bir mövzudur və bu mövzuya dövlət qurumları tərəfindən son illərdə sistemli şəkildə toxunulur.

“Söhbət prosesə daha çox təşkilatçılıq əlavə etməkdən, gəlmələrin miqrasiya qanunvericiliyimizə riayət etmələrinə nəzarətin gücləndirilməsindən gedir. “Crocus”da baş verən faciə, görünür, bu işin sürətləndirilməsinə təsir edəcək”, - deyə o qeyd edib.

Bundan əvvəl Rusiya Əmək Nazirliyinin miqrantlarla bağlı qanun layihəsi hazırladığı barədə xəbər vermişdik.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri