Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Rusiyadan miqrantlarla bağlı qərar: 15 gün vaxt veriləcək
Rusiya Əmək Nazirliyi miqrantlarla bağlı qanun layihəsi hazırlayıb.
Bu qanun layihəsinə əsasən, miqrantların öz profillərinə uyğun işləmədikləri halda Rusiyadan çıxarılmaları nəzərdə tutulur.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Miqrantlara onları dəvət etmiş müəssisələrdə işləməkdən imtina etdikləri təqdirdə ölkəni tərk etmələri üçün 15 gün vaxt veriləcək. Sənəd işəgötürənlərin təşkilati işə qəbulla bağlı marağını artırmaq və bu mexanizmi prioritet kimi təmin etmək məqsədi daşıyır.
“Təşkilati işə qəbul çərçivəsində miqrant icazə sənədlərinə uyğun olaraq müəyyən bir işəgötürən üçün işləyəcək. Əgər belə bir işçi təşkilati işə qəbulda iştirak etməyən başqa bir müəssisədə işləmək arzusunu ifadə edərsə, o, 15 gün ərzində Rusiya ərazisini tərk etməli olacaq”, - deyə nazirlikdən bildirilib.
Mənbə: NEWS.ru
Rəylər