13 
İyn
2018
10:40
27
259
19358
Virtual karabakh

Çaşqınlıq yaradan reklam dörd uşaq anasının ümidlərini qırdı - VİDEO

13 İyn, 2018
10:40
19358

Çaşqınlıq yaradan reklam dörd uşaq anasının ümidlərini qırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu yaxınlarda “Qızıl açar” tikinti şirkətinin reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Belə ki, şirkətin rəhbəri baş qəhrəmana üçotaqlı ev hədiyyə edir. Bu da insanlar arasında çaşqınlıq yaradıb. 

Bu reklam çarxından sonra kirayədə yaşayan Könül Qəhrəmanovanın ürəyindəki ümid yenidən oyanıb.

Baku.TV-yə müsahibə verən Könül xanım deyib ki, reklamı izlədikdən sonra şirkətin evsizlərə ev hədiyyə etdiyini düşünüb. O da ailəsi ilə birgə evsizlər sırasında olduğu üçün bu reklam onu sevindirib. Elə bu ümidlə də həmin şirkətlə maraqlanıb. Ancaq təəssüf ki, ümidləri boşa gedib. Öyrənib ki, bu, sadəcə, bir reklam imiş.

Könül xanımın həyat yoldaşı Qarabağ qazisidir. Dörd uşaqlı ailə bu gün atanın taksi sürücülüyündən qazandığı pulla dolanır. Əgər ona da dolanmaq demək olarsa…

Kirayədə yaşadıqları evə hər ay 170 manat ödəməli olurlar. Həyat yoldaşının Qarabağ qazisi kimi aldığı pensiya isə ailəyə yox, banka gedir.

Ancaq bu, reklam olsa belə, Könül xanım ümid edir ki, kimsə onun səsini eşidər və övladlarını rahat şəkildə böyüdə biləcəyi bir ev onun da payına düşər. Elə bu reklamda olduğu kimi…

“Həyat yoldaşım Qarabağ əlilidir. Saytda gördüm ki, ev hədiyyə edirlər. Mən də düşündüm ki, bəlkə, imkanlı şəxslər balalarımın xətrinə bizi bir evə yerləşdirərlər”, - deyə Könül xanım göz yaşları içində bildirib. 

Reklam çarxında göstərilən şirkətin rəhbəri Zahir Nurəliyev ailənin problemləri ilə maraqlanacağını və onlara şirkətin gəlirləri hesabına kömək etməyə çalışacağını deyib.

Şirkət rəhbəri onu da qeyd edib ki, çəkdiyi reklamın məsuliyyətini dərk edir və bu reklamda insanlara mal-mülkün Allaha məxsus olduğunu çatdırmaq istəyir.

Aygün Rəşidova
Video: Elnur UĞUR

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri